Cəmiyyət

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

11 May 2026, 09:45 1 baxış
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.


Axar.az APA-ya istinadla xəbər verir ki, sədr postuna iki namizəd var - xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.


Kinematoqrafçılar İttifaqındannbildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.


Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.


Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

Mənbə axar.az

Oxşar Xəbərlər