Cəmiyyət

Şəkidə dağlıq ərazidə köməksiz qalanlar xilas edildi - Video

11 May 2026, 09:53 1 baxış
Şəkidə dağlıq ərazidə köməksiz qalanlar xilas edildi - Video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.


Bildirilib ki, gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.


Mənbə axar.az

Oxşar Xəbərlər