İdman

"Barselona" "Real Madrid"i məğlub edərək İspaniya çempionu oldu - VİDEO

11 May 2026, 01:02 1 baxış
"Barselona" "Real Madrid"i məğlub edərək İspaniya çempionu oldu - VİDEO
İspaniya La Liqasının 35-ci turunda "Barselona" doğma meydanda "Real Madrid"i 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl ölkə çempionu titulunu qazanıb. Oxu.Az xəbər verir ki, "Spotify Kamp Nou" stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Markus Reşford açıb. 18-ci dəqiqədə Ferran Torres Kataloniya klubunun üstünlüyünü artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbədən sonra "Barselona" xallarının sayını 91-ə çatdıraraq sona üç tur qalmış çempionluğu rəsmiləşdirib. 77 xalı olan "Real Madrid" ikinci pillədə qərarlaşıb. "Barselona" tarixində 29-cu dəfə İspaniya çempionu olub.
"Barselona" "Real Madrid"i məğlub edərək İspaniya çempionu oldu - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər