Cəmiyyət
Hüquqşünasdan proqramçıya: Maksimum nəticə göstərən şagirdlərin böyük arzuları - FOTO
Aprelin 12-də keçirilən 9-cu sinif buraxılış imtahanının nəticələri açıqlanıb. Ölkə üzrə cəmi 8 nəfər mümkün olan ən yüksək nəticəni - 300 balı toplayıb. Oxu.Az xəbər verir ki, yüksək nəticə göstərən şagirdlərdən bəziləri öz təəssüratlarını və uğur sirlərini "Qafqazinfo" ilə paylaşıblar: "Əlbəttə İmtahan asan deyildi. Lakin zəhmətim nəticəsində yüksək nailiyyət əldə etdim. Hər şagird özündə bu gücü tapsa, bunun öhdəsindən gələ bilər. Əvvəlki uğurlarımı və əziyyətimi nəzərə alaraq yüksək nəticə gözləyirdim. Mənə görə, ilk uğurum BDU-nin nəzdində "Gənc İstedadlar Liseyinə" qəbul olmağım və universitet tərəfindən fəxri fərmanla təltif edilməyim idi. Mən həm də Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul imtahanında maksimum nəticə göstərərək ilk yeri qazanmışdım. Bundan əlavə riyaziyyat üzrə müxtəlif Beynəlxalq olimpiadalarda qızıl və gümüş medallara layiq görülmüşəm. Gələcək planım hüquq sahəsində uğurlu mütəxəssis olmaqdır".
"Müəllimlərimin böyük dəstəyi, onların verdiyi bilik və motivasiya sayəsində özümü imtahana tam hazır hiss edirdim. Mövzuları müntəzəm şəkildə təkrar edir, hər bir fənn üzrə biliklərimi daha da möhkəmləndirməyə çalışırdım. İmtahan mənim üçün çox çətin olmadı, çünki hazırlıq prosesində bütün mövzular üzərində diqqətlə çalışmışdım. Qarşıma məqsəd olaraq yüksək nəticə qoymuşdum və bu nəticəni əldə edəcəyimə inanırdım. Buna görə də 300 bal toplamağı həm gözləyir, həm də buna ümid edirdim. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu nailiyyət mənim üçün böyük sevinc və motivasiya mənbəyi oldu. Gələcəkdə əsas məqsədim informatika və proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirməkdir. Növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram".
"İmtahana özümün günlük hazırladığım planlar əsasında hazırlaşırdım. İmtahan mənə görə çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi. Özümdən bu nəticəni gözləyirdim, çünki özümə güvənirdim. Gələcəkdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm".
"Bütün fənləri eyni səviyyədə oxuyuram və həmişə əlaçı olmuşam. Liseyə qəbul olduqdan sonra dərslərimə daha böyük həvəslə yanaşmağa başladım. Mən Respublika Fənn Olimpiadalarının (RFO) finalçısı, eyni zamanda SAMSO beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalçısıyam".

Mənbə
oxu.az