Cəmiyyət

İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı

08 May 2026, 22:56 1 baxış
İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.


Audiovizual Şuradan Axar.az-a verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:


Əhmədov Ayxan Əbdül Kərim oğlu


Əzimov Tural Qürbət oğlu


Məmmədzadə Tural Sahib oğlu


Qulamov Arzu Aydın oğlu


Baxşıyeva İlhamə Rafiq qızı


Məmmədov Fikrət Alı oğlu


Qasımov Balakişi Ələkbər oğlu


Şahsuvarov Taleh Novruz oğlu


Nağıyev Anar Əlişah oğlu


Əliyeva İlahə Xudu qızı


Cəfərov Əli Sucəddin oğlu


Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.


Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.


Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.


Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Mənbə axar.az

Oxşar Xəbərlər