Cəmiyyət

Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi

08 May 2026, 21:45 1 baxış
Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi

Rusiyanın “Birinci kanal”ının saytından “Zaman göstərəcək” (“Vremya pokajet”) proqramının mayın 7-də efirə gedən buraxılışı silinib. Həmin verilişdə mövcud olmayan “Dağlıq Qarabağ” adlı qurumun adının keçdiyi təhrif edilmiş Azərbaycan xəritəsindən istifadə edilmişdi.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən süjet daha əvvəl rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu.


Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, belə xəritənin Rusiya dövlət kanalında nümayiş etdirilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır.

Mənbə axar.az

Oxşar Xəbərlər