İqtisadiyyat
Əmlak alan vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandı
Yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-aprel ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 12 milyon 181,8 min manat təşkil edib.
Mənbə
oxu.az