Cəmiyyət

Hacıqabulun yeddi kəndində qaz kəsiləcək

07 May 2026, 15:08 1 baxış
Hacıqabulun yeddi kəndində qaz kəsiləcək
Sabah saat 10:00-dan etibarən Hacıqabul rayonunun yeddi kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Təmir işləri çərçivəsində Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bildirilib ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri ilə əlaqədardır.
Mənbə oxu.az

Oxşar Xəbərlər