İqtisadiyyat
Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI
2026-cı il mayın 1-nə olan vəziyyət üzrə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.5% artaraq 60 431-ə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Qeyd olunub ki, həmin tarixədək aktiv vergi ödəyicilərinin sayı 2.1% artaraq 877 368 təşkil edib. Həmçinin aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayında da artım olub. Belə ki, bu göstərici 3.3% yüksələrək 240 528 olub.
Mənbə
oxu.az