Cəmiyyət

Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var

07 May 2026, 12:16 1 baxış
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb. Oxu.Az xəbər verir ki, "Chevrolet" markalı minik avtomobilinin partlaması nəticəsində bir nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib. Qeyd olunub ki, hadisə bu gün saat 9 radələrində baş verib. "Chevrolet Cobalt" markalı minik avtomobilində partlayış baş verib. Yanğın qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb", - deyə məlumatda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər