Cəmiyyət
Azərbaycan elminə ağır itki: Tanınmış professor vəfat etdi - FOTO
Bakı Slavyan Universitetinin professoru, dəyərli alim Nəsirağa Məmmədov vəfat edib. Oxu.Az-ın məlumatına görə, N.Məmmədov bu gün dünyasını dəyişib. Qeyd edək ki, Nəsirağa Şahmurad oğlu Məmmədov 1957-ci ildə Masallı rayonunun Şıxlar kəndində anadan olub. O, filologiya elmləri doktoru, həmçinin Bakı Slavyan Universitetinin müasir rus dili kafedrasının professoru idi.
Mənbə
oxu.az