Cəmiyyət

Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR

07 May 2026, 11:58 1 baxış
Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR
9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, 9 və 11 mayda "28 May-Əhmədli" mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq. Bənövşəyi xətdə, "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud qrafik dəyişməz qalacaq. "Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək. Qeyd edilib ki, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün stansiyalarda nəzarət gücləndiriləcək, əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər