Dünya

Meksikada ştat qubernatoru ABŞ-nin ittihamlarından sonra vəzifəsini tərk etdi

03 May 2026, 05:24 1 baxış
Meksikada ştat qubernatoru ABŞ-nin ittihamlarından sonra vəzifəsini tərk etdi
Meksikanın Sinaloa ştatının qubernatoru Ruben Roça Moya ABŞ-nin narkotik ticarəti ilə bağlı ittihamlarından sonra səlahiyyətlərini müvəqqəti dayandırdığını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında yazıb. O bildirib ki, aparılan araşdırma müddətində vəzifədən kənarlaşmaq üçün ştat konqresinə müraciət edib və bu addımı istintaqın daha rahat aparılması məqsədilə atıb. Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi qubernator və daha doqquz hazırkı və keçmiş məmur barəsində Sinaloa karteli ilə yaxınlıq və narkotiklərin ABŞ bazarına daşınması ilə bağlı ittihamlar irəli sürüb. Moya ittihamları əsassız adlandıraraq rədd edib. Meksikanın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən ştat rəsmilərinin, o cümlədən qubernatorun saxlanılması və ekstradisiyası ilə bağlı sorğuların daxil olduğunu təsdiqləyib. Bu sorğular hüquqi qiymətləndirmə üçün prokurorluğa göndərilib, lakin orada mövcud materiallarda kifayət qədər sübut olmadığı bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər