Dünya
Yoko Ono Fransada "John Lemon" pivəsinin satışının dayandırılmasını tələb edib
Əfsanəvi "The Beatles" rok-qrupunun üzvü, mərhum musiqiçi Con Lennonun həyat yoldaşı Yoko Ono Fransadakı pivə istehsalçısından "John Lemon" adlı məhsulun satışını dayandırmağı tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Bildirilib ki, Ono bu tələbi özünə məxsus olan ticarət nişanının pozulması ilə əsaslandırıb. Fransanın "L`Imprimerie" pivə zavodu isə beş il ərzində limon və zəncəfil dadlı pivəni Con Lennona işarə edən etiketlə, zarafat və hörmət əlaməti kimi istehsal etdiyini açıqlayıb. 2026-cı ilin aprelində şirkət Y.Ononun hüquqşünaslarından məktub alıb və onlara məhsulun adından dərhal imtina etmək tələbi qoyulub. Əks halda, 100 min avroya qədər cərimə və hər gün üçün əlavə 1 500 avro ödəniş nəzərdə tutulurdu. Danışıqlardan sonra istehsalçıya qalan təxminən 5 000 şüşəni iyulun 1-dək satmağa icazə verilib. Bundan sonra isə "John Lemon" adından istifadə dayandırılmalıdır. Qeyd edək ki, Yoko Ono daha əvvəl də oxşar hüquqi addımlar atıb. 2017-ci ildə o, Almaniyada "Yoko Mono" adlı barın adının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdi və məhkəmə onun iddiasını təmin etmişdi.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az