Dünya

Londonda atışma zamanı dörd nəfər yaralanıb

03 May 2026, 01:24 1 baxış
Londonda atışma zamanı dörd nəfər yaralanıb
Böyük Britaniyanın paytaxtı Londonda baş verən atışma nəticəsində dörd nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Hadisə mayın 1-dən 2-nə keçən gecə Brikston ərazisində qeydə alınıb. Naməlum şəxs avtomobildən insanların çox olduğu barbekü məclisinə doğru atəş açıb. Zərərçəkənlərdən biri - 25 yaşlı kişi - ağır vəziyyətdədir. Digər üç nəfər yüngül yaralanıblar. Hazırda hadisə ilə bağlı saxlanılan yoxdur. Hüquq-mühafizə orqanları baş verənləri "nizamsız zorakılıq aktı" kimi qiymətləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər