Cəmiyyət

Eldar Rəsulov: "WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq"

02 May 2026, 23:24 1 baxış
Eldar Rəsulov: "WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq"
"WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Lənkəranda keçirilən WUF13 Festivalı ilə bağlı danışan WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov jurnalistlərə açıqlamasında deyib. WUF13-ə sayılı günlər qaldığını bildirən E.Rəsulov daha geniş ictimaiyyətin bu mötəbər tədbir haqqında məlumatlandırılması üçün WUF13 festivallarının keçirildiyini qeyd edib: "Festival çərçivəsində mayın 2-si səhər saatlarında Lənkəran şəhərində məlumatlandırma sesiyası keçirilib, festivalın ikinci hissəsində sosial proqramlar təşkil olunub. Belə ki, tədbir Heydər Əliyev Xatirə Parkında əyləncəli-maarifləndirici proqramla davam edib. Bu festival Azərbaycanın digər bölgələrində də təşkil olunacaq". Baş menecer bildirib ki, hazırda WUF13-də iştirak etmək üçün 175 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib. O, həmçinin vurğulayıb ki, əyləncəli-maarifləndirici proqram çərçivəsində interaktiv sual-cavab sessiyaları vasitəsilə iştirakçılara tədbir haqqında ətraflı məlumat verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər