Dünya

KİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır

02 May 2026, 22:00 1 baxış
KİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran neft anbarlarının tam dolmasını gözləmədən əvvəlcədən hasilatı azaltmaq qərarı verib. Bildirilir ki, iranlı mütəxəssislər quyuları zərər vermədən konservasiya etmək və lazım gəldikdə istehsalı tez bərpa etmək üçün kifayət qədər təcrübəyə malikdirlər. Qeyd edək ki, ABŞ aprelin 13-dən İrana qarşı dəniz blokadası tətbiq edib və ölkə limanlarına yönələn və ya oradan çıxan gəmilərin hərəkətini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər