Dünya

Filippində vulkan püskürdü, sakinlərə xəbərdarlıq edildi - VİDEO

02 May 2026, 20:48 1 baxış
Filippində vulkan püskürdü, sakinlərə xəbərdarlıq edildi - VİDEO
Filippinin Albay vilayətində Mayon vulkanı püskürməyə başlayıb, regionun səması qalın tüstü ilə örtülüb. Oxu.Az xəbər verir ki, bu barədə "GMA News Online" məlumat yayıb.
Məlumata görə, kül yağıntısı Kamalik və Ginobatan şəhərlərinə də yayılıb. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu sakinləri ehtiyatlı olmağa və xüsusilə dərələr və çay yataqları kimi təhlükəli ərazilərə getməməyə çağırıb. Burada isti qaz və qaya parçalarından ibarət axınların yaranma riski var.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər