Cəmiyyət

Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq

02 May 2026, 20:10 1 baxış
Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər