Dünya
İran ABŞ-ni nüvə silahı ilə bağlı sazişi pozmaqda ittiham etdi
İranın BMT yanındakı daimi nümayəndəliyi ABŞ-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini 56 ildir pozduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, minlərlə nüvə başlığına sahib olan ABŞ müqavilənin I və VI maddələri üzrə nüvə silahlarının yayılmaması və tərk-silah sahəsində öhdəliklərini yerinə yetirmir. İran tərəfi Vaşinqtonun yanaşmasını "qəbuledilməz və ikiüzlü" adlandırıb.
Mənbə
oxu.az