Dünya
Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər
"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib. Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib. Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.
Mənbə
oxu.az