Cəmiyyət

Məhəmməd Süleyman Əl-Casir Xankəndiyə səfər edəcək

02 May 2026, 17:00 1 baxış
Məhəmməd Süleyman Əl-Casir Xankəndiyə səfər edəcək

İslam İnkişaf Bankı (İsDB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir mayın 4–8-də Azərbaycana rəsmi səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə İsDB məlumat yayıb.


Məlumata görə, bu səfər 16–19 iyun tarixlərində Bakıda keçirilməsi planlaşdırılan İsDB Qrupunun 2026-cı il üzrə İllik Toplantıları ərəfəsində mühüm bir vaxta təsadüf edir. Səfərin məqsədi İsDB Qrupunun Azərbaycan ilə tərəfdaşlığını gücləndirmək və "Davamlı Rifah naminə Regional İnteqrasiya" mövzusunda keçiriləcək İllik Toplantılara hazırlıq işlərini irəlilətməkdir.


Səfər çərçivəsində M. Əl-Casir yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcək və strateji müzakirələr aparacaq.


Proqrama əsas maraqlı tərəflərlə görüşlər və strateji inkişaf sahələrinə, o cümlədən Ələt Azad İqtisadi Zonasına, habelə Ağdam Sənaye Parkı, Qarabağ Universiteti və Füzulidəki təhsil müəssisələrinə baş çəkmək daxildir. Bu, IsDB-nin inklüziv və davamlı inkişafa olan sadiqliyini əks etdirir.


Bu səfər vasitəsilə İsDB Azərbaycan ilə çoxillik tərəfdaşlığını dərinləşdirməyi, əməkdaşlığı möhkəmləndirməyi və 2026-cı il IsDB Qrupunun İllik Toplantılarının uğurla keçirilməsi üçün hazırlıq prosesini sürətləndirməyi hədəfləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər