Cəmiyyət

Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi - FOTO

02 May 2026, 16:48 1 baxış
Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi - FOTO
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub. Oxu.Az "Yeni sabah"a istinadla xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb. Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakültəsinin dekanı vəzifəsindən azad olunub. Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakültəsinin dekanı vəzifəsində çalışırdı.
Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər