Cəmiyyət
Tovuzda qadın ərinin məzarı başında öldü
Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının ildönümü ilə bağlı məzarını ziyarət etməyə gedib.
Bu zaman qadın qəbiristanlıqda yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz Prokurorluğunda araşdırma başlayıb.
Mənbə
axar.az