Siyasət

Abbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"

01 May 2026, 14:30 1 baxış
Abbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"
"2023-cü ildən başlayaraq kolonializmlə legitim mübarizə aparan tərəfləri dəstəkləyirik". Oxu.Az-ın məlumatına görə, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, BTQ insan haqlarının qorunması, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması üzrə fərqli beynəlxalq platformalarda fəaliyyətlər həyata keçirir: "Bu gün paytaxtımızda təşkilatımız tərəfindən keçirilən Beynəlxalq Gənclər Forumu Bakı Təşəbbüs Qrupunun yeni bir seqmenti hesab edilir. Keçirilən forum çərçivəsində iştirakçılar tərəfindən dəfələrlə gənclər üçün yeni beynəlxalq platformaların yaranması zərurəti vurğulanıb. Bakı Təşəbbüs Qrupu vurğuladığım fəaliyyət istiqamətlərini mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə daşıyır. Bundan sonra da proses davam edəcək və həmçinin qeyd etmək istərdim ki, bu gün keçirilən forum Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi tərəfindən dəstəklənib". A.Abbasov qeyd edib ki, konfrans zamanı BMT-nin Gənclər Ofisi nümayəndəsi forum iştirakçılarına videomüraciət ünvanlayıb: "Bu gün forumun nəticəsi olaraq düşünürəm ki, burada iştirak edən gənc liderlərlə birlikdə yeni bir gənclər platformasının yaranmasının ilkin addımları atılacaq. BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb, dənizaşırı ərazilərlə sıx əməkdaşlıq davam edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər