Siyasət

Səfir: "İsrail və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər"

01 May 2026, 15:00 1 baxış
Səfir: "İsrail və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər"
"Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı genişləndirirlər". Oxu.Az xəbər verir ki, bunu "Report"a İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib. "Şübhəsiz ki, İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər genişlənir. Bu, həm "Tamar" yatağını, həm də İsrail şirkətlərində, məsələn, IDE (Israeli Desalination Company) şirkətində payların alınmasının müzakirəsini əhatə edir. Əminəm ki, gələcəkdə əməkdaşlıq üçün daha çox istiqamətlər yaranacaq", - o qeyd edib. Ölkələrimiz arasında turizmin inkişafından danışan səfir qeyd edib ki, 2025-ci ildə İsraildən Azərbaycana turist axını artıb: "2025-ci ildə Azərbaycana təxminən 70 min israilli turist gəlib. Bundan başqa, Azərbaycandan tranzit qovşaq kimi istifadə edərək Bakıdan digər istiqamətlərə uçanların sayı da çox olub. Ümid edirəm ki, bundan sonra da Azərbaycana gələn İsrail vətəndaşlarının sayının artacağını müşahidə edəcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər