Siyasət

Aissata Makadji: "Gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir"

01 May 2026, 12:40 1 baxış
Aissata Makadji: "Gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir"
"Gənclər cəmiyyətlərin transformasiyasında kollektiv məsuliyyət daşıyır. Afrika ölkələri müxtəlif etnik və mədəni xüsusiyyətlərə malik olsalar da, onları birləşdirən ortaq tarix -müstəmləkəçilik irsi mövcuddur". Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı qlobal Gənclər Forumunda afrikalı gənc fəal Aissata Makadji deyib. Makadji qeyd edib ki, postkolonial gələcəyin qurulması keçmişə görə qarşılıqlı ittihamlarla deyil, açıq və konstruktiv dialoqla mümkündür: "Yerli dillərin və tarixin tədrisinin zəif olması gənclərin öz kimliyini dərk etməsinə mənfi təsir göstərir. Eyni zamanda, əhalinin böyük hissəsini təşkil edən gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir. Təhsil sistemində yerli dillərin və tarixin gücləndirilməsi, gənclərin qərarvermə proseslərinə real şəkildə cəlb olunması və resurs istehsal edən ölkələr üçün daha ədalətli iqtisadi tərəfdaşlıqların qurulması vacibdir". O söyləyib ki, forumlar yalnız müzakirə platforması kimi deyil, real dəyişikliklərlə nəticələnən qərar və təşəbbüslər məkanı kimi yadda qalmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər