Siyasət

Azərbaycanda ofisi bağlanan BQXK rəhbəri Ceyhun Bayramovla görüşdü: DETALLAR - FOTO

01 May 2026, 11:56 1 baxış
Azərbaycanda ofisi bağlanan BQXK rəhbəri Ceyhun Bayramovla görüşdü: DETALLAR - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eggeri qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BQXK arasında əməkdaşlığın uzunmüddətli və etimada əsaslanan xarakter daşıdığı vurğulanıb, tərəflər arasında mütəmadi təmasların davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. BQXK-nın regionumuzda həyata keçirdiyi humanitar fəaliyyətlər müzakirə edilib, Azərbaycanın bu addımlara göstərdiyi dəstəyin önəmi vurğulanıb. Ceyhun Bayramov regionda gərginlik və hərbi əməliyyatlar fonunda Azərbaycanın hər zaman humanitar prinsiplərə sadiq qaldığını, o cümlədən İranda hərbi əməliyyatların davam etdiyi dövrlərdə bu ölkəyə humanitar yardımların göstərildiyini diqqətə çatdırıb. Müasir dövrdə silahlı münaqişələrin, əsasən, mülki əhali üçün ağır nəticələr doğurduğu bildirilərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinin artırılmasının vacibliyi qeyd edilib. Bu kontekstdə, Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa verdiyi önəm, habelə bu prinsiplərə daim riayət etdiyi xüsusi vurğulanıb. Görüşdə, həmçinin postmünaqişə dövründə regionumuzda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar müzakirə edilib. Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyi Azərbaycan Hökumətinin qərarı ilə 2025-ci il sentyabrın 3-də bağlanıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər