Siyasət
Abbas Abbasov: "BTQ 2023-cü ildən etibarən 35-dən çox beynəlxalq tədbirə uğurla təşkilatçılıq edib"
"2023-cü ildən etibarən Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə və neomüstəmləkə siyasətlərinin nəticələri, hüquqi məsələlər, insan hüquqlarının qorunması, yerli xalqların hüquqlarının müdafiəsi kimi müxtəlif mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbirə uğurla təşkilatçılıq edib". Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı Beynəlxalq Gənclər Forumunda BTQ-nin icraçı direktoru Abbas Abbasov deyib. O bildirib ki, BTQ 2024-cü ildən etibarən fəaliyyətini beyin mərkəzi kimi davam etdirir: "Bu dövrdə üç kitab nəşr etdirmişik, 40-dan çox hesabat hazırlayıb dərc etmişik. Eyni zamanda, beynəlxalq təşkilatlara və müvafiq beynəlxalq institutlara nüfuzlu hesabatlar hazırlayıb təqdim etmişik. Təəssüf ki, hələ də müstəmləkəçilikdən əziyyət çəkən 9-dan çox xarici ərazi ilə, eləcə də neomüstəmləkə siyasətlərindən zərər görmüş 15-dən çox ölkə ilə uğurlu əməkdaşlıq qurmuşuq". A.Abbasov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı və onun qurumları, İnsan Hüquqları Şurası, İnsan Hüquqları Komitəsi, Afrika mənşəli xalqlar üzrə Daimi Forum və Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi, həmçinin Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar və onların institutları ilə əməkdaşlıq əlaqələri qurulub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər