Digər

İsrail Qəzzaya doğru gedən donanmanı ələ keçirdi - Video

30 Apr 2026, 11:38 1 baxış
İsrail Qəzzaya doğru gedən donanmanı ələ keçirdi - Video

İsrail Hərbi Dəniz Qüvvələri İsrailin dəniz blokadasına etiraz etmək üçün Qəzza zolağına tərəf gedən donanmanı ələ keçirib.


Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.


“Hərbi Dəniz Qüvvələri gecə ərzində Yunanıstanın Krit adası yaxınlığında, İsraildən yüzlərlə dəniz mili məsafədə Qlobal Sumud Donanmasının 58 gəmisindən 21-ni ələ keçirib. Digər qayıqlara istiqamətini dəyişmək barədə xəbərdarlıq edilib, əks halda onlar da ələ keçiriləcək.


Ələ keçirilən gəmilərdə olan 175 fəal saxlanılıb. Fəallar arasında Türkiyə vətəndaşları da var”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər