Digər

Sahibkarlar üçün YENİLİK: Binaların "AĞILLI" idarə olunması

30 Apr 2026, 09:22 1 baxış
Sahibkarlar üçün YENİLİK: Binaların "AĞILLI" idarə olunması
"SABAH FMS" beynəlxalq təcrübəni əmlak sektorunda tətbiq edir Daşınmaz əmlakın idarə olunması sahəsində innovativ yanaşmaları ilə seçilən "Sabah Facility Management Services" (SABAH FMS) yeni rəqəmsal platformasını təqdim edib. Yenilənmiş www.sabahfms.az saytı vasitəsilə sahibkarlar və çoxmənzilli binaların sakinləri xidmətlər haqqında daha ətraflı, rahat və operativ məlumat əldə edə bilirlər. Şirkət yaşayış və kommersiya obyektlərinin dəyərini qoruyan və artıran müasir idarəetmə həlləri təqdim edərək bazarda yeni standartlar formalaşdırır. Xüsusilə tikinti və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar üçün platforma daha şəffaf, çevik və effektiv idarəetmə imkanları yaradır. "Saytı yeniləməkdə əsas məqsədimiz sahibkarlar və sakinlər üçün xidmətlərimizi daha sadə, sürətli və əlçatan etməkdir. Məqsədimiz rəqəmsal idarəetmə mühitini hər kəs üçün rahat və effektiv hala gətirməkdir. Bu istiqamətdə beynəlxalq və yerli təcrübəmizi ölkəmizin əmlak sektoruna tətbiq edirik", - deyə şirkətin təsisçisi Elxan Orucov qeyd edib. O vurğulayıb ki, sahibkarlar bu xidmətlərə yalnız idarəetmə deyil, dəyərin qorunması və etibarın formalaşdırılması kimi yanaşmalıdırlar. Bu isə, tikilən layihələrdə müştəri məmnuniyyətini artırmaqla yanaşı, gələcək layihələr üçün uzunmüddətli müştəri bazasının formalaşmasına səbəb olur. Yenilənmiş sistemin üstünlükləri: Təklif olunan xidmətlər: Xidmətlərin əhatə dairəsi: Layihənizin dəyərini qoruyun, idarəetməni peşəkarlara həvalə edin! Daha ətraflı məlumat üçün: www.sabahfms.az
Mənbə oxu.az

Oxşar Xəbərlər