Digər
Zelenski ilə Putin arasında birbaşa danışıqlar olacaqmı? - Satter
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kreml rəhbəri Vladimir Putin arasında birbaşa danışıqlar olmayacaq.
Axar.az xəbər verir ki, bu fikri amerikalı jurnalist və tarixçi Devid Satter bildirib.
“Düşünmürəm ki, bu, Zelenski ilə Putin arasında birbaşa danışıqlar formatında olacaq. Çünki belə danışıqların məqsədi Putinin hakimiyyətdəki mövqeyini maksimum dərəcədə qorumaq olardı”, – deyə o qeyd edib.
Eyni zamanda o, bəzi razılaşmaların əldə oluna biləcəyini istisna etməyib.
Mənbə
axar.az