Digər

İsrail Livana zərbə endirdi: 5 nəfər öldü

29 Apr 2026, 01:23 1 baxış
İsrail Livana zərbə endirdi: 5 nəfər öldü

İsrailin Livanın Məcdəl-Zun şəhərinə endirdiyi hava zərbəsi nəticəsində üç mülki müdafiə işçisi də daxil olmaqla, ən azı beş nəfər həlak olub.


Axar.az xəbər verir ki, bu barədə Livan ordusu mətbuat xidməti bildirib.


Məlumata əsasən, xilasetmə əməliyyatlarının aparıldığı binalardan birinə hava hücumu edilib.


"Xilasediciləri müşayiət edən ordu patrulundan iki hərbi qulluqçu da yaralanıb", - deyə qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər