ABŞ quru əməliyyatına cürət etmədi - İran
ABŞ və İsrail İrana qarşı quru əməliyyatına cürət etməyib.
Axar.az xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya yerli telekanala müsahibəsində açıqlayıb.
"Düşmən quru əməliyyatına cürət etməyib", - o bildirib və əlavə edib ki, quru qoşunları ABŞ-ın region ölkələrindəki bazalarına "Fəcr" və "Fəth" raketləri ilə zərbələr endirib və quru müdaxilədən çəkindirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.