Digər
SEPAH Kürdüstanda əməliyyat keçirdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib.
Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Terror aktları planlaşdıran terrorçu qruplaşmalara qarşı əməliyyat keçirilib", - məlumatda bildirilib.
Əməliyyat zamanı 4 nəfər həbs olunub. Qeyd edilib ki, "Kalaşnikov" avtomatları və tapançalar, döyüş sursatları, qumbaralar, saxta şəxsiyyət vəsiqələri və "Starlink" peyk rabitə vasitələri kimi təhlükəsizliyə zidd əşyalar aşkarlanıb.
Mənbə
axar.az