Digər
Livana zərbələr: Bir gündə 13 nəfər öldü
Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi X sosial şəbəkə hesabında paylaşıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2534-ə, yaralananların sayı isə 7863-ə çatıb", - nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, İsrailin Livanın cənubunda və şərqindəki Hizbullah obyektlərinə hücumlarını davam etdirdiyini nəzərə alaraq, ölənlərin və yaralananların sayı arta bilər.
Mənbə
axar.az