Siyasət

Türkiyə və Ermənistan nümayəndələri görüşdülər: Razılaşma əldə edildi - FOTO

28 Apr 2026, 17:52 1 baxış
Türkiyə və Ermənistan nümayəndələri görüşdülər: Razılaşma əldə edildi - FOTO
Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzrə Türkiyə və Ermənistan arasında yaradılan birgə işçi qrupunun iclası keçirilib. Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Qarsda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması çərçivəsində əldə edilən razılaşmaya uyğun olaraq, Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı məqsədilə yaradılan birgə işçi qrupunun toplantısı keçirilib. Hər iki tərəf regional nəqliyyat şəbəkələrinin gücləndirilməsi kontekstində Qars-Gümrü dəmir yolu xəttinin ən qısa zamanda istifadəyə verilməsinin əhəmiyyətini vurğulayıb" , - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər