Siyasət
Səfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTO
"Naxçıvana dron hücumu hər iki ölkənin ekspertlər qrupu tərəfindən araşdırılır". Bunu Oxu.Az-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
O bildirib ki, İran və Azərbaycan hərbi mütəxəssisləri tərəfindən yaradılan ekspertlər qrupunun görüşü keçirilib: "Birinci mərhələdə informasiya mübadiləsi oldu. Daha sonra Azərbaycan-İran sərhədində ekspertlər qrupunun görüşü baş tutdu. Qərara alındı ki, yenidən bəzi sahələrdə informasiya mübadiləsi aparılsın. Dəqiqləşdirmə aparmaq vacibdir". Səfir qeyd edib ki, İranda sabitlik yarandıqdan sonra yekun nəticə haqqında danışmaq olar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər