Siyasət
Elçin Əmirbəyov Vatikanda Cənubi Qafqazda sülh məsələsini müzakirə edib - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfər edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin "X" hesabında məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Elçin Əmirbəyov Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pyetro Parolin və dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib, arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb. Məlumata görə, müzakirələr dövlətlərarası münasibətlərə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına, eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzulara həsr olunub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər