Digər
Rusiya gəmisi İstanbul boğazında quruya oturdu - Video
Rusiyaya məxsus “Kappa” adlı yük gəmisi İstanbul boğazının Yeniköy rayonu istiqamətində quruya oturub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsinin (KEGM) qrupları, yedək gəmiləri və dalğıcların iştirakı ilə xilasetmə əməliyyatı aparılıb.
Xilasetmə əməliyyatının keçirildiyi müddət ərzində İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Gəminin təhlükəsiz əraziyə aparılmasından sonra səhər saatlarında boğazda gediş-gəliş bərpa olıunub.
Mənbə
axar.az