Siyasət

Şuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO

28 Apr 2026, 10:16 1 baxış
Şuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO
Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir. Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər. İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunur. İclasın gündəliyinə uyğun olaraq İƏT turizm nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər nəzərdən keçirilir. Eyni zamanda, turizm nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan "Şuşa Bəyannaməsi"nin layihəsi üzrə müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülür. Turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri aprelin 29-da keçiriləcək turizm nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacaq. Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı tədbirlər planından irəli gələn fəaliyyətlər çərçivəsində təşkil olunur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər