İran daxilində güclü parçalanma var - ABŞ
Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması yolunda ən böyük maneə İran rəhbərliyindəki parçalanmadır.
Axar.az xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio "Foks Nyus"a müsahibəsində deyib.
Onun sözlərinə görə, iranlı müzakirəçilərlə tez-tez ölkə hakimiyyətinin nümayəndələri arasında fikir ayrılıqları olur ki, bu da sülh danışıqları imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
"Ölkə daxilində (İran - red.) dərin parçalanma var və düşünürəm ki, bu həmişə belə olub, lakin indi özünü daha güclü göstərir. İranı anlamağın ən yaxşı yolu, hazırda orada siyasi bir sinfin formalaşdığını başa düşməkdir. Bilirsiniz, insanlar mötədillər və sərt xətt tərəfdarları haqqında danışırlar. Ölkəni və iqtisadiyyatı idarə etməli olduqlarını anlayanlar var, bir də yalnız teologiyanı (ilahiyyat) rəhbər tutanlar var", - Rubio bildirib.