Digər

Kral III Çarlz Ağ Evdə Trampla görüşdü

28 Apr 2026, 01:47 1 baxış
Kral III Çarlz Ağ Evdə Trampla görüşdü

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-a rəsmi səfərləri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp və birinci xanım Melaniya Trampla görüşüblər.


Axar.az xəbər verir ki, tərəflər Ağ Evə daxil olmamışdan əvvəl media nümayəndələri qarşısında söhbət ediblər.


Məlumata görə, ABŞ prezidenti və birinci xanım qonaqların şərəfinə əvvəlcə qapalı çay süfrəsi təşkil edəcək, daha sonra isə açıq havada ziyafət keçiriləcək.


Qeyd edək ki, kral ailəsinin ABŞ-a rəsmi səfərinin ümumilikdə dörd gün davam edəcəyi bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər