Digər

Putin Arakçını qəbul etdi: Müctəbadan mesaj...

27 Apr 2026, 17:08 1 baxış
Putin Arakçını qəbul etdi: Müctəbadan mesaj...

Rusiya Prezidenti Vladimir Putin İran xarici işlər naziri Abbas Arakçını qəbul edib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Sankt-Peterburqda keçirilən görüşdə Putin ötən həftə İranın ali rəhbəri Müctəba Xameneidən mesaj aldığını bildirib.


Qeyd edək ki, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya ordusu Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov və Putinin köməkçisi Yuri Uşakov da iştirak edir.


İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Kazım Qəribabadi və Moskvadakı səfiri Kazım Cəlali daxildir.

Mənbə axar.az

Oxşar Xəbərlər