İdman

Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı

26 Apr 2026, 20:16 1 baxış
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib. Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. 75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib. Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaqlar. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər