İdman
Atışma zamanı Trampın yanında oturan UFC rəhbəri: "Hadisənin hər dəqiqəsindən həzz alırdım"
UFC prezidenti Dana Uayt Vaşinqtonun "Washington Hill" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş vermiş qalmaqallı hadisəni şərh edib. Oxu.Az "MMA Junkie"yə istinadən xəbər verir ki, təntənəli şam yeməyi zamanı zalda atəş səslərinə bənzər səslər eşidilib və tədbirin fəxri qonağı, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik xidməti tərəfindən dərhal təxliyə edilib. *Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO *Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb *Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb *Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb "Birdən hər yer çox səs-küylü oldu. Masalar aşmağa başladı, əllərində silah olan adamlar "Hamı yerə uzansın!" qışqıraraq içəri qaçdılar. Amma mən uzanmadım. Bu, son dərəcə möhtəşəm idi. Hər dəqiqəsindən həzz alırdım, çox maraqlı və unikal bir təcrübə idi. Biz prezidentlə demək olar ki, yan-yana oturmuşduq. Heç kim xəsarət almadı, lakin uşaqlar bizim masanın ətrafında atəş açanları axtarırdılar. Hesab edirəm ki, atıcı haradasa yaxınlıqda idi", - deyə D.Uayt qeyd edib.
Mənbə
oxu.az