Cəmiyyət

Melaniya məndən cəld reaksiya verdi - Tramp

26 Apr 2026, 14:00 2 baxış
Melaniya məndən cəld reaksiya verdi - Tramp

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.


Axar.az Modern.az-a istinadla xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib.


"Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim", - o bildirib.


Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib:


"Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı".


Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.


Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkət edib.

Mənbə axar.az

Oxşar Xəbərlər