Cəmiyyət

Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEO

26 Apr 2026, 11:24 2 baxış
Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, çayda suyun səviyyəsi 150 santimetr aşağı düşüb. Oxu.Az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Sakinlərin sözlərinə görə, bu hal onlar üçün sevindirici olub. Belə ki, Kürün səviyyəsinin qalxması sakinlərin ev və əmlaklarını ciddi təhlükə altına almışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər