İdman
Premyer Liqa: "Neftçi" "Qarabağ"la qarşı-qarşıya
Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək. Oxu.Az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb. Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər. "Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür. Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Mənbə
oxu.az