Cəmiyyət
Qəbir yerlərini pulsuz əldə edə bilərsiniz - Qanun nə deyir? - VİDEO
Heç kimə sirr deyil ki, Azərbaycanda qəbir yerləri baha qiymətə satılır. Bu gün pulsuz torpaqlara minlərlə manat qiymət qoyulub, ölənə yer tapmaq belə bazar məsələsinə çevrilib. Oxu.Az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu qəbir yerlərinin pulla satılması ilə bağlıdır. Qəbir yerlərinin pulla satılması qanunidir?
Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli təsdiq olunmuş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" barədə qərarında qeyd olunur ki, ölən şəxs üçün dəfn yeri pulsuz ayrılmalıdır. Sənəddə bildirilir ki, Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan, həmçinin kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılmalıdır. Həmçinin qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.

Mənbə
oxu.az